YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda yəhudilərə qarşı münasibət nəinki bir sıra müsəlman ölkələri, hətta Avropa ölkələri üçün də nümunədir

Məlumat verildiyi kimi, Azərbaycanın ABŞ-dakı və İsrailin Bakıdakı səfirlikləri Birləşmiş Ştatlarda birgə fəaliyyət proqramı hazırlayıblar. Bu proqramda nəzərdə tutulan tədbirlər ABŞ-ın “Amerika Yəhudi Komitəsi”nin (AYK) təşəbbüsü və dəstəyi ilə reallaşdırılıb.

Vaşinqtonda və ABŞ-ın tarixi paytaxtı olan Filadelfiyada keçirilən tədbir və görüşlərdən sonra Nyu York şəhərində AYK-ın rəhbər heyəti ilə birgə seminar keçirilib. Seminarda Azərbaycanın səfiri Elin Süleymanov və İsrail səfiri Rafael Harpaz iştirak ediblər.

Seminarda AYK-ın icraçı direktoru David Haris bu proqramın vacibliyini qeyd edib, Azərbaycan ilə İsrail arasındakı əlaqələrdən danışıb. Azərbaycanın ABŞ üçün olduqca önəmli və sadiq tərəfdaş kimi xarakterizə edən D.Haris bu əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, D.Haris Azərbaycan-ABŞ münasibətlərinin inkişafına verdiyi töhfələrə görə 2012-ci ildə Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilib.

Sonra çıxış edən səfir Rafael Harpaz Azərbaycanda “sıfır anti-semitizm”in olduğunu bir daha diqqətə çatdırıb. Bir çox ölkələrdə, o cümlədən bir sıra Avropa ölkələrində anti-semitizmin baş qaldırdığı bir vaxtda Azərbaycanda yəhudilərə olan münasibətin nəinki bir sıra müsəlman ölkələri, hətta Avropa ölkələri üçün nümunə olduğunu qeyd edib. Azərbaycanda yəhudilərin əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib. Səfir, Azərbaycanda yəhudilərə olan münasibətin, habelə dövlətin xüsusi qayğısının Azərbaycan rəhbərliyinin və şəxsən Prezident İlham Əliyevin siyasi iradəsinin göstərici olduğunu xüsusi vurğulayıb.

Səfir R.Harpaz Azərbaycan ilə İsrail arasında səhiyyə, su texnologiyaları, müdafiə və enerji sahələrindəki uğurlu əməkdaşlıqdan danışıb, qeyri-enerji sektorunda, xüsusilə yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanlar olduğunu qeyd edib.

R.Harpaz İsrailin bir ölkədəki səfirinin birgə proqramlar çərçivəsində üçüncü bir ölkəyə səfər etməsinin unikal hal olduğunu bildirib, bunu İsrail dövlətinin Azərbaycana və onun nailiyyətlərinə xüsusi münasibətinin göstərici kimi dəyərləndirib. Qeyd edib ki, İsrail dövləti belə bir proqramı bir müddət öncə yalnız Polşa ilə həyata keçirib.

Seminarda güclü, stabil və müstəqil siyasət yürüdən Azərbaycanın ABŞ, Avropa və İsrail üçün əhəmiyyəti vurğulanıb.

Səfir E.Süleymanov çıxışında Azərbaycan-İsrail ikitərəfli münasibətləri, habelə Azərbaycanda yaşayan yəhudi icması barədə məlumat verib və bu münasibətləri yüksək dəyərləndirib. Azərbaycanda tarixi köklərə söykənən dözümlülük və qarşılıqlı anlaşmanın hazırda dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində davam etdiyini bildirib.

Sonra, səfir E.Süleymanov və R.Harpazın Nyu-York şəhərində keçirdiyi görüşlər çərçivəsində AYK-ın gənclər proqramı olan ACCESS nümayəndələri ilə işçi nahar olub.

Görüşdə müxtəlif ölkələrdən olan yəhudi gəncələr iştirak ediblər.

Birgə tədbirlər proqramı sentyabrın 19-da başa çatıb.

 

DİGƏR Xəbərlər Arxiv