YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ seçiciləri xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklər

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam edir.

 Kampaniya çərçivəsində keçirilən növbəti görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov prezident seçkilərinin ölkəmizin inkişaf tarixində vacib rolu və əhəmiyyəti barədə məlumat verərək deyib ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq zəngin demokratik seçki ənənələrinə malikdir. Aprelin 11-də prezident seçkilərinin də demokrtaik standartlara uyğun, azad və şəffaf keçiriləcəyini, xalqımızın iradəsini dolğun əks etdirəcəyini bildirən Aydın Hüseynov daha sonra YAP-ın namizədi cənab İlham Əliyevin xalqımız və dövlətimiz qarşısında əzəmətli xidmətləri haqqında da danışıb. Millət vəkili deyib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu böyük müvəffəqiyyətlə həyata keçirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il parlaq nailiyyətlər və möhtəşəm inkişaf göstəriciləri ilə xarakterizə olunur. O, rayon sakinlərini aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev görüşdə çıxış edərək 2003-cü ildən bəri keçilən böyük inkişaf yolunun əsas parametrləri, Azərbaycanda həyata keçirilən sosial siyasətin mühüm nailiyyətləri haqqında ətraflı məlumat verib. O, deyib ki, həyata keçirilən islahatların ardıcıllığını, uğurların davamlılığını təmin etmək üçün hamılıqla 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməliyik.
Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin də Prezident İlham Əliyevin misilsiz xidmətləri haqqında məlumat verib. Millət vəkili ölkəmizdəki Rus İcmasının Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini qeyd edərək qarşıdan gələn seçkilərdə də icma üzvlərinin cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıb. M.Zabelin bütün seçiciləri aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağıraraq bildirib ki, YAP-ın namizədinə səs vermək möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına səs vermək deməkdir.

Görüşdə Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək deyib ki, Azərbaycan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan daxili və xarici siyasət sayəsində böyük inkişaf, tərəqqi əldə edib.

Rayon seçiciləri əminliklə aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Azərbaycanın müstəqilliyinin və inkişafının təminatçısı olan Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklərinə ifadə ediblər.