YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Almaniya Azərbaycanlı Gənclər Birliyi» 11 aprel prezident seçkilərində cənab İlham Əliyevin dəstəklənməsi ilə bağlı bəyanat yayıb

«Almaniya Azərbaycanlı Gənclər Birliyi» 11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin dəstəklənməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildilir ki, «Biz «Almaniya Azərbaycanlı Gənclər Birliyi»nin üzvləri uzun illərdir ki, Azərbaycan dilinin,  mədəniyyətinin  təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və dövlətçilik maraqlarımızın qorunması üçün xalqımızı və Vətənimizi təmsil edən çoxsaylı azərbaycanlı icmaları ilə birlikdə Almaniyada fəaliyyət göstəririk».

Bəyanatda göstərilir ki, hal-hazırda ölkəmizdə yürüdülən gənclər siyasətinə, xüsusilə qiymət vermək lazımdır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti modelinin bir sıra ölkələrdə öyrənilməsi bir daha təsdiq edir ki, bu siyasət ölkəyə, gəncliyə böyük uğurlar gətirmişdir: «Gənclərin dövlət və özəl müəssisələrdə, ictimai-siyasi proseslərdə təmsilçilik səviyyəsi son 10 ildə xeyli yüksəlib. 2005-2009 və 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramları gənclərin xaricdəki ən nüfuzlu təhsil ocaqlarında təhsil almasını təmin edən 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı,  xüsusi istedada malik olan gənclərin yaradıcı potensialının inkişafı üzrə 2006-2011-ci illəri əhatə edən Dövlət Proqramının icrası, Heydər Əliyev Fondunun 2007-2017-ci illəri əhatə edən «Təhsilə dəstək» layihəsi, «Yeniləşən Azərbaycana yeni məktəb», «İnternat məktəblərinin inkişaf proqramı», «Dağlıq Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması» kimi layihələr Azərbaycan dövlətinin gənclərə olan yüksək qayğısından xəbər verir».

Bəyanatda o da vurğulanır ki, «bütün bu naliyyətlər Azərbaycanın sürətli inkişafı, respublikada həyata keçirilən hüquqi, demokratik islahatların nəticələri ölkəmizin parlaq gələcəyindən xəbər verir. Azərbaycan çox çevik inkişaf edir və bu inkişaf bizi hədsiz sevindirir. Biz vətənimizə ümidlə baxırıq, inanırıq ki, bu tərəqqi davamlı olacaq».

Bəyanatda bildirilir ki, «11.04.2018-ci il - Azərbaycan xalqının taleyini həll edəcək prezident seçkiləri günüdür. Bu gün Avropada yaşayan milyonlarla azərbaycanlı arxasında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edir.

Bu baxımdan qarşıdan gələn prezident seçkiləri bizim də diqqət mərkəzimizdədir və biz inanırıq ki, Azərbaycan xalqı yenə də müdrik seçim edərək dahi Heydər Əliyev siyasi kursunu layiqincə həyata keçirən İlham Əliyevə etimad göstərəcəkdir».