YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəki rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin təbliğat – təşviqat kampaniyası çərçivəsində Şəki rayonunun Şorsu kəndində seçicilərlə görüş keçirilib.  Tədbirdə YAP Şəki rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Kamil Məmmədov, Qabil Qədimov və Nuralı Çələbiyev çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin müdrik, məqsədyönlü siyasəti nəticəsində son 15 ildə Azərbaycan çox böyük uğurlara imza atıb. Çıxışlarda əminlik ifadə olunub ki, Şəki seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.