YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR-ın yeni loqotipinin əks olunduğu bayraq Heydər Əliyev zirvəsində dalğalandırılıb

“Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü və Neftçilər Günü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni loqotipindən ibarət bayraq ümummilli lider Heydər Əliyev zirvəsində dalğalandırılıb.

SOCAR-ın rəhbərliyi və kollektivinin Ulu Öndərin ruhuna böyük hörmət və ehtiramının ifadəsi olaraq ümummilli lider Heydər Əliyev zirvəsinə yürüş təşkil edilib. Bir qrup yürüşçü Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən yürüşə başlayaraq 3751 metr hündürlükdəki Heydər Əliyev zirvəsinə qalxıb. SOCAR-ın yeni loqotipindən ibarət bayraq ilk dəfə Heydər Əliyev zirvəsində dalğalandırılıb.

Qeyd edək ki, yeni loqotip alov simvolu üzərində qurulub. Loqotipdə Azərbaycanın dövlət bayrağının rənglərini əks olunub. Göy, qırmızı, yaşıl rəngli alov dilləri simvolundan ibarət bu loqotip Azərbaycanı beynəlxalq arenada müasir, sevilən, bir ölkə kimi təbliğ etməyə daha geniş imkan yaradır.