YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı partiyanın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində  ilk dəfə səs verəcək gənclərlə, o cümlədən  Kələntərli, Soğanverdilər və Şahvəlilər kəndlərində seçicilərlə görüş keçirib.

Görüşlərdə çıxış edən YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü Nurayə Məmmədova bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən sabit, inkişaf etmiş və insanların təhlükəsiz şəraitdə yaşadığı ölkələrindən birinə çevrilib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının, xalqımızın mənafeyinin qorunmasını təmin edir.

Görüşlərdə təbliğat qrupunun üzvlərindən İlham Əzimov, Nizami Quliyev, Ofeliya Hüseynova, Həvva Mirzəyeva, İslam Əzimov və Xosrov Musayev, seçicilərdən  Çərkəz Səfərov, Elmin Xəlilov və Gülsüm İsmayılova çıxış edərək bildiriblər ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik. Çünki cənab İlham Əliyev xalqımızın alternativsiz lideridir.