YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Salyan seçiciləri: İlham Əliyevə yenidən etimad göstərməliyik

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Salyan rayon şöbəsinin üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində aprelin 4-də Salyan şəhərində, həmçinin rayonun Arbatan kəndində seçicilərlə görüşlər keçiriblər.

YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov görüşlərdə çıxış edərək bildirib ki,  xalqımız işlərin davamlı olması naminə yenidən cənab İlham Əliyevə etimad göstərəcək.

Görüşlərdə çıxış edən Milli Məclisin deputatı Əliağa Hüseynov bildirib ki,  biz gələcək illərdə Azərbaycanın yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına daxil olması naminə cənab İlham Əliyevə yenidən etimad göstərməliyik.

Tədbirlərdə çıxış edənlər 11 apreldə keçiriləcək prezident seçkilərində bütün seçiciləri hamılıqla cənab İlham Əliyevə səs verməyə çağırıblar.

 

DİGƏR Xəbərlər Arxiv