YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Tağıyev: Azərbaycanda hər kəsin seçmək və seçilmək hüququ təmin olunur

Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb. Bunu Birləşmiş Ukrayna Azərbaycanlılarının Konqresi və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev deyib.

Azərbaycanda demokratik seçki ənənəsinin əsasının hələ 100 il əvvəl qoyulduğunu deyən assambleya sədri söyləyib ki, həmin dövrdə Azərbaycanda demokratik respublika qurulub və qadınlara seçki hüququ verilib: “Halbuki, Avropa ölkələrində qadınlara seçki hüququ Azərbaycandan sonra verilib. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra demokratik dövlət quruluşu yolunda inamla addımlayır”.

R. Tağıyev Azərbaycanın apardığı siyasətin uğurlu olduğuna diqqət çəkib.
O deyib: “Demokratiyanın mövcud olması üçün başlıca amil sabitlikdir. Dünyanın bir çox ölkəsində olmayan bu amil Azərbaycanda var. Hər kəsin seçmək və seçilmək hüququ təmin olunur, gücünə inanan partiya namizədini irəli sürə və seçki marafonunda yarışa bilir. Azərbaycanda demokratik cəmiyyət yaradılıb”.

Qurum sədri əlavə edib ki, Azərbaycanda 11 aprel prezident seçkiləri beynəlxalq standartlara uyğun keçiriləcək.

 

DİGƏR Xəbərlər Arxiv