YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəz Xamedov: Azərbaycanda keçiriləcək prezident seçkiləri ölkənin ictimai-siyasi həyatı üçün ən önəmli hadisələrdəndir

Azərbaycanda keçiriləcək prezident seçkiləri ölkənin ictimai-siyasi həyatı üçün ən önəmli hadisələrdəndir. Bu, seçkilər Azərbaycanda inkişafın yeni mərhələsinin başlanğıcı olacaq. Bu fikiri  Qazaxıstan Xalqları Assambleyası sədrinin müavini, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov deyib.

O bildirib: “Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişafında və bu ölkənin ictimai-siyasi, iqtisadi, mədəni-sosial həyatında azərbaycanlıların mühüm rolu var. Dost və qardaş Qazaxıstanda məskunlaşan 200 mindən çox soydaşımız daim tarixi vətənimiz olan Azərbaycanda gedən inkişaf proseslərini sevinclə qarşılayır və iki ölkə arasında münasibətlərin tərəqqisinə töhfələrini verirlər”.

Ə.Xamedov qeyd edib ki,  Azərbaycanda beynəlxalq standartlara uyğun seçki sistemi formalaşıb: "Azərbaycanda seçki qanunvericiliyi təkmilləşdirilib. Buna görə də seçkilərin ədalətli və dünya standartlarına uyğun şəkildə keçiriləcəyinə əminik".