YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyəzən rayonunda seçicilərlə növbəti görüş keçirilib

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Siyəzən rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində növbəti görüş Siyəzən şəhərində keçirilib.

Görüşdə çıxış edən YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib.

E.Heydərov həmçinin, siyəzənliləri Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə cıxış edən Milli Məclisin deputatı Tahir Süleymanov cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış uğurlu nailiyyətlər barədə öz fikirlərini söyləyib. T.Süleymanov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu daxili və xarici siyasət sahəsində cənab İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf, tərəqqi əldə etdiyini vurğulayıb.

Natiq seçiciləri 11 aprel 2018-ci il tarixində xalqın alternativsiz namizədi cənab İlham Əliyevə səs verməyə səsləyib.