YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlax rayonunun Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Yevlax rayon şöbəsinin təşviqat qrupu üzvüləri  Yevlax rayonunun Aşağı Qarxun və Yuxarı Qarxun  kəndlərində seçicilərlə görüş keçirdi.

Görüşdə  YAP Yevlax rayon təşkilatının sədr müavi qarşıdan gələn Prezident seçkiləri haqqında məlumat verərək seçki günü hər bir seçicinin seçkiyə gəlməyinin vacibliyini vurğuladı.

Sonra Milli Məclisin deputatı, Respublika Həmkarlar İttifaqı Konfedarasiyasının  sədri Səttar Möhbalıyev bildirdi ki, cənab İlham Əliyev son 15 ildə Azərbaycan üçün sürətli inkişaf yaratmaqla dünya ölkələri içərisində nüfuz və qüdrətimizi qat-qat artırıbdır. Hər bir Azərbaycanlı kimi  Yevlaxlıların da   sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə xalq Onu  özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz Cənab İlham Əliyevə səs verəcəkdir.

Sonra çıxış edən YAP Yevlax Rayon təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova bildirdi ki, xalqın cənab İlham Əliyevə dəstəyi böyükdür. Bu gün Azərbaycanın hər bir rayonu hətta kəndləri belə inkişaf edir: “Bütün bunların davamlılığı üçün 11 Apreldə seçkilərə gələrək hər birinizi Cənab İlham Əliyevə səs verməyə çağırıram.” 

Çıxış edən kənd sakinləri Ruqiyə Abdurrəhmanova, Rafiq Əliyev və başqaları kənd sakinləri adından bildilər ki, biz artıq öz seçimimizi etmişik. Azərbaycanı işıqlı gələcəyə doğru aparan möhtərəm Prezidentimizin gördüyü işlər həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Ona görədə biz hamılıqla 11 apreldə Yeni Azərbaycan Partiyasının vahid namizədinə səs verəciyik.

 

DİGƏR Xəbərlər Arxiv