YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboylular cənab İlham Əliyevə səs verəcək

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Kampaniya çərçivəsində növbəti görüşlər Goranboy şəhərində və Qızılhacılı qəsəbəsində keçirilib.

Görüşdə çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələrindən bəhs edib: “Goranboy ictimaiyyəti birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi dəstəkləyir. Əminliklə söyləmək olar ki, Goranboy seçiciləri növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcəklər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev isə diqqətə çatdırıb ki, Azərbaycan son 15 il ərzində Prezident İlham Əliyevin siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib: “Elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri qeydə alınmasın. Bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və əhəmiyyətli uğurlar qazanılıb. Bunun əsasında isə uğurlu iqtisadi siyasət dayanır”. A.Vəliyev əmin olduğunu bildirib ki, Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək.  Xalqımız Azərbaycanın gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verəcək.

Daha sonra çıxış edənlər təbliğat-təşviqat qrupunun üzvü Şahin Allahverdiyev, YAP Goranboy rayon təşkilatının Qadınlar Şurasının sədri Səidə Məmmədova, seçicilər İskəndər Səklikov, Müşfiq Sadıqov və digərləri Yeni Azərbaycan Partiyasının namizədinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər.