YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dostluq” - Udmurtiya Azərbaycan ictimai mərkəzi Prezident İlham Əliyevə dəstək bəyanatı ilə çıxış edib

Rusiyanın Udmurtiya Respublikasında fəaliyyət göstərən “Dostluq” - Udmurtiya Azərbaycan ictimai mərkəzi respublikamızda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatda deyilir: “Müasir Azərbaycan dövlətinin banisi, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin Azərbaycanın sabit inkişafının təmin olunması, müstəqil Azərbaycanın regionda öz liderliyini möhkəmləndirməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər, göstərdiyi əvəzsiz xidmətlər Rusiyanın Udmurtiya Respublikasında fəaliyyət göstərən “Dostluq” – Udmurtiya Azərbaycan ictimai mərkəzinin çoxsaylı üzvləri tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq geniş mənada dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir.

Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir,ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahəlrədə sıx əməkdaşlıq edilir.

Cənab Prezident Azərbaycanda ictimai-siyasi sabitliyi yüksək dərəcədə təmin edib,  milli maraqların keşiyində qətiyyətlə dayanıb, mürəkkəb tarixi bir mərhələdə ölkəni sabitlik adası kimi qoruyub saxlaya bilib. Eyni zamanda, respublikanı yüksək səviyyədə inkişaf etdirib”.

Bəyanatda Udmurtiyada yaşayan azərbaycanlıların aprelin 11-də xalqın Prezident İlham Əliyevə növbəti dəfə etimad göstərəcəyinə inamları da ifadə olunub: “Biz, Rusiyanın Udmurtiya Respublikasında fəaliyyət göstərən “Dostluq” - Udmurtiya Azərbaycan ictimai mərkəzinin üzvləri, xalqımızın rifahının yaxşılaşdırılması və Azərbaycan Respublikasının inkişafı naminə uğurlu addımları ürəkdən bəyənir və dəstəkləyirik. Qeyd edək ki, təkcə Udmurtiyada 10 mindən çox azərbaycanlı yaşayır və şübhəsiz ki, ölkəmizdəki sabitlik , əmin-amanlıq hər birimizin diqqət mərkəzindədir.

Ümid edirik ki, bu uğurların davamı və dövlətimizin daha da qüdrətlənməsi naminə hər bir azərbaycanlı 11 apreldə keçiriləcək prezident seçkilərində müdrik seçim edərək İlham Əliyevə növbəti dəfə etimad göstərəcək. ”