YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkir rayonunun Dəllər qəsəbəsi, Bayramlı və Qaracəmirli kəndlərində seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Şəmkir rayon şöbəsinin təşviqat qrupunun üzvləri  rayonun Dəllər qəsəbəsi, Bayramlı və Qaracəmirli kəndlərində seçicilərlə görüş keçirib.

Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq qarşıdan gələn prezident seçkiləri haqqında məlumat verib. O, seçki günü hər bir seçicinin seçkiyə gəlməyinin vacibliyini vurğulayıb. Daha sonra YAP-ın namizədi cənab İlham Əliyevin misilsiz xidmətləri haqqında danışan F.Vəliyev deyib ki, məqsədyönlü sosial siyasətinin həyata keçirilməsi əhalinin keyfiyyətli və etibarlı qayğı ilə əhatə olunmasına imkan yaradıb, sosial müdafiyə daha çox ehtiyacı olan insanlara diqqət gücləndirilib.

Sonra Milli Məclisin deputatı Sona Əliyeva çıxışında bildirib ki, 2003-2018-ci illər Azərbaycanın ən yeni tarixə sabitlik, təhlükəsizlik, hərtərəfli inkişaf dövrü kimi daxil olub, Azərbaycan bütün dünyada sabitlik adası kimi tanınıb: “Mən  inanıram ki, hər bir Şəmkirli seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcəkdir”.

YAP Mərkəzi Seçki Qərərgahının Şəmkir rayon şöbəsinin təşviqat qrupunun üzvləri Məcid Şıxlıniski, Emin İsmayılov, Məmməd Qasımov, Famil Həmidov, Ceyhun Məmmədov çıxışlarında vurğulayıblar ki, cənab İlham Əliyev son 15 ildə fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib.

Sonra çıxış edənlər seçicilər bildiriblər ki, 11 apreldə seçkilərə gələrək cənab İlham Əliyevə səs verəcəklər.