YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir

«Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. Bu baxımdan, iki dövlətinin birgə həyata keçirdiyi genişmiqyaslı hərbi təlimlər heç kim tərəfindən təəccüblə qarşılanmamalıdır».  Bu fikirləri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, Ermənistan bu təlimlərə görə deyil, işğal etdikləri torpaqlara görə narahat olmalıdır. Onun sözlərinə görə, başqa dövlətlərin sözü ilə oturub-duran Ermənistanın  narahatçılığı təbiidir.

«Onlar bilirlər ki, Dağlıq Qarabağ münaqişəsi gec-tez öz həllini tapacaq. Azərbaycanın hərbi potensialı çox güclüdür və işğalçı dövlətlə üz-üzə gələrsə, qısa müddət ərzində işğal olunmuş torpaqlarını geri qaytarmağa qadirdir»- deyə, deputat qeyd edib.