YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin payız sessiyasının ilk iclasında bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcək

Azərbaycan Milli Məclisinin payız sessiyasında ilk iclası sentyabrın 30-da keçiriləcək.

Məlumata görə, iclasın gündəliyinə 37 məsələ daxildir.

Gündəliyə parlamentin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, Cinayət Prosessual, Ailə və İnzibati Xətalar məcəllələrinə müxtəlif dəyişikliklər, “Yol hərəkəti haqqında”, “Poçt haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, Hərbi qulluqçuların statusu haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və daha bir neçə qanunlara əlavə və dəyişikliklər daxildir.