YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyanın yaradılması təklif edilib

Sentyabrın 22-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston ilə görüşüb.

Verilən məlumata görə, görüşdə Ş.Mustafayev sentyabrın 20-də təməli qoyulmuş “Cənub qaz dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayaraq, neft-qaz sahəsində iri infrastruktur layihələrinin reallaşmasında Böyük Britaniyanın xüsusi rolunu qeyd edib.

Ölkəmizdə makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanda investorlar üçün əlverişli şəraitin yaradıldığını vurğulayan Ş.Mustafayev hazırda ölkəmizdə 500 İngiltərə şirkətinin uğurla fəaliyyət göstərdiyini bildirib. Nazir ölkələrimiz arasında infrastruktur, İKT, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib və bundan daha səmərəli istifadə olunması üçün hökumətlərarası birgə komissiyanın yaradılmasını təklif edib.

Dövlət naziri Lord Livinqston Azərbaycanın neft və qeyri-neft sektorlarının inkişafını, ÜDM-in sürətli artım tempini yüksək qiymətləndirib, hökumətlərarası birgə komissiyanın yaradılması təklifini dəstəkləyib. Ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdıran Livinqston yaxın vaxtlarda Böyük Britaniyadan Azərbaycana biznes nümayəndə heyətinin gələcəyi barədə məlumat verib.

DİGƏR Xəbərlər Arxiv