YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfər edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə bu gün ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfər edib. Bu barədə XİN-in mətbuat xidməti məlumat verib.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT-nin 69-cı sessiyasında iştirakı və sessiyanın ümumi müzakirələr hissəsində çıxışı, BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirakı və ikitərəfli və çoxtərəfli əsasda çoxsaylı görşüləri nəzərdə tutulub.