YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Con Kerri: Son 20 il ərzində Azərbaycan və ABŞ bir yerdə böyük işlər görüblər

Son 20 il ərzində Amerika Birləşmiş Ştatları enerji ehtiyatlarının istismarı, Avropa və dünya enerji təchizatına töhfə, güclü və müstəqil dövlətə çevrilməsi istiqamətində Azərbaycanın əsl mənada tərəfdaşı olub. Bakı-Tbilisi-Ceyhan kəmərinin inşası ilə yanaşı, Azərbaycan Xəzər və Aralıq dənizləri arasında birbaşa əlaqə yaradaraq dünya bazarında mühüm neft təchizatçısına çevrilib. Azərbaycan “Cənub” qaz dəhlizi vasitəsilə Avropa bazarlarının əlavə enerji təchizatı marşrutlarında və regionun enerji təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayıb.

Bu fikirlər sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim iştirakçılarına ABŞ-ın dövlət katibi Con Kerrinin ünvanladığı məktubda yer alıb.

Məktubda daha sonra deyilir: “Son 20 il ərzində Azərbaycan və ABŞ bir yerdə böyük işlər görüblər. “Əsrin müqaviləsi” gələcək naminə səylərimizi birləşdirərək mühüm layihələrə nail ola biləcəyimizi nümayiş etdirdi. Bu, digər sahələr üzrə də belədir: enerji təchizatının davam etdirilməsindən Şərq-Qərb ticarət dəhlizinin yaradılmasına, terrorçuluqla mübarizədən Azərbaycanda demokratik inkişafın davam etdirilməsinədək”.