YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Sədr müavini Əli Əhmədov Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüşüb

Prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov aprelin 9-da partiyanın mənzil-qərargahında Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüşüb.

Mətbuat konfransında YAP-ın Sədr müavini Əli Əhmədov 11 aprel - prezident seçkilərinə hazırlıq prosesindən bəhs edərək qeyd edib ki, ötən illər ərzində ölkədə gedən sürətli sosial-iqtisadi inkişaf, əhalinin rifah halının yüksəlməsi, paytaxt və regionlarının simasının xeyli dəyişməsi və digər amillər sayəsində YAP-ın namizədi olan cənab İlham Əliyevə böyük ictimai dəstək mövcuddur. Həmçinin, yerli və beynəlxalq təşkilatların seçkiöncəsi apardığı rəy sorğularının nəticələri  də Prezidentliyə namizəd cənab İlham Əliyevin seçkilərdə yüksək səs çoxluğu ilə qalib gəlmək ehtimalını bir daha təsdiqləyir.

Prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.