YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada RAGB-nin forumuna həsr edilmiş ulduzlar konserti olacaq

Sentyabrın 30-da Moskvada Beynəlxalq Musiqi Evinin Böyük Svetlanov zalında Rusiya və Azərbaycan ulduzlarının Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) V Forumuna həsr edilmiş konserti olacaq.

RAGB-nin idarə heyətindən bildiriblər ki, konsertdə “Pittsa”, “A-Studio” qrupları, Byanka, “Eurovision-2014” mahnı müsabiqəsinin Azərbaycandan olan iştirakçısı Dilarə Kazımova, populyar müğənni Miri Yusif, “Böyük səhnə” layihəsinin iştirakçıları Rilaya və Erkin Osmanlı, habelə “Nero” balet şousu iştirak edəcək.

Gecənin aparıcıları azərbaycanlı şoumen Tural Əsədov və rusiyalı ifaçı Yuliya Kovalçukdur.