YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail səfiri: Azərbaycanda tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoq siyasəti respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Yəhudi Xəbərlər Agentliyi (YXA) “Amerikalılara Azərbaycan yəhudilərindən bəhs etməli” sərlövhəli məqalə dərc edib. Məqalədə Azərbaycanın ABŞ-dakı səfirliyinin və İsrailin Azərbaycandakı səfirliyinin ötən həftə ABŞ-da həyata keçirdikləri birgə proqramdan bəhs olunur.

Məqalədə deyilir: “İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın və Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbovun iştirak etdikləri proqramın məqsədi Azərbaycan-İsrail münasibətləri və respublikada yəhudilərin həyatı barədə həqiqətin amerikalılara çatdırılmasıdır”.

Vaşinqtonda, Filadelfiyada və Nyu-Yorkda Azərbaycan-İsrail proqramı çərçivəsində birgə tədbirlər keçirilib.

İsrailin Azərbaycandakı diplomatik nümayəndəliyindən Yəhudi Xəbərlər Agentliyinə bildirilib ki, səfir Rafael Harpaz və Məmməd Talıbov Vaşinqtonda Amerika Universitetinin İsrail Mərkəzində keçirilən seminarda, Amerika Yəhudi Komitəsi (AJC), Yəhudi Respublikaçılar Koalisiyası (RJC) və ACCESS Gənc Peşəkarlar Təşkilatı tərəfindən təşkil olunmuş konfransda, habelə AJC-nin Filadelfiya rəyasət heyəti və AJC-nin gənc rusdilli liderləri qarşısında çıxış ediblər.

İsrail diplomatik nümayəndəliyində YXA-ya bildiriblər ki, “bu tədbirlər zamanı səfir Rafael Harpaz Azərbaycan və İsrail xalqları arasında çoxillik dostluq münasibətlərindən, iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığından söhbət açıb, çoxsaylı suallara cavab verib”.

Səfir Rafael Harpaz öz çıxışlarında və suallara verdiyi cavablarda şəxsi diplomatik təcrübəsinə əsaslanaraq vurğulayıb ki, Azərbaycanda antisemitizm yoxdur, respublikada yəhudi icmaları sərbəst və təhlükəsiz yaşayırlar.

İsrail səfiri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikada tarixi tolerantlıq ənənələrinin inkişafına sanballı töhfəsini xüsusi qeyd edib.

Səfir Rafael Harpaz həmçinin bildirib ki, tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoq siyasəti Azərbaycanda respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

DİGƏR Xəbərlər Arxiv