YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kosma Zlotovski: Azərbaycanda sərbəst şəkildə səs vermək üçün bütün şərait yaradılıb

Azərbaycan öz vətəndaşlarının sərbəst şəkildə səs verməsinə şərait yaradıb. Sechki-2018.az saytının xəbərinə görə, bunu Avropa Parlamentindən olan müşahidəçi, Avropa İttifaqı-Azərbaycan parlamentlərarası komissiyasının üzvü Kosma Zlotovski deyib.

O, bu gün hələ bir seçki məntəqəsində olduqlarını bildirib: "Biz müşahidə missiyamıza hələ yeni başlamışıq, lakin gördüklərimiz artıq yaxşı təsir bağışlayır. Vətəndaşların sərbəst şəkildə səs verməsi üçün bütün şərait yaradılıb".

K.Zlotovski Azərbaycanda seçkilərin yaxşı keçəcəyinə ümid etdiyini bildirib: "Biz Bakıda və şəhərdən kənarda bir sıra məntəqələrə baş çəkməyi planlaşdırırıq".

 

DİGƏR Xəbərlər Arxiv