YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiyadakı azərbaycanlılar səsvermədə fəallıq nümayiş etdirirlər

Aprelin 11-də Çexiyadakı səfirliyimizdə Azərbaycan Respublikası Prezidenti seçkiləri üçün 16 saylı Yasamal ikinci seçki dairəsinin 36 saylı seçki məntəqəsi açılıb.

Səsvermə prosesinin başladığı andan etibarən seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.

Səfirlikdə yaradılmış seçki məntəqəsində səfirlik əməkdaşları ilə yanaşı, Çexiyada yaşayan, çalışan, təhsil alan və ezamiyyətdə olan, seçki hüququna malik Azərbaycan vətəndaşları səs verirlər.