YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belçikada yaşayan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edirlər

Aprelin 11-də yerli vaxtla səhər saat 8.00-da Azərbaycanın Belçikadakı səfirliyində yaradılmış, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 48 saylı seçki məntəqəsinə təhkim edilmiş məntəqədə Azərbaycan Respublikası Prezidenti seçkiləri başlayıb.

Məntəqə seçki komissiyası konsul qeydiyyatında olan vətəndaşlarımızın maarifləndirilməsi üçün zəruri iş aparıb. Səsvermə prosesi Azərbaycan Konstitusiyasına və Seçki Məcəlləsinə müvafiq qaydada keçirilir. Pozuntular qeyd olunmayıb.