YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Serbiyalı müşahidəçi: Müşahidə apardığım məntəqələrdə heç bir qayda pozuntusu qeydə alınmayıb

Seçkilər yüksək səviyyədə təşkil olunub. Seçici aktivliyi müşahidə edilir. Bu sözləri sechki-2018.az saytına açıqlamasında Bolqarıstanın Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü (GISDI) qeyri-hökumət təşkilatının xətti ilə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən serbiyalı siyasətçi Miloş Aliqrudiç bildirib.

O deyib: “Seçicilərin seçki qanunvericiliyi ilə tanış olduqlarını müşahidə etdim. Çoxlu sayda yerli və beynəlxalq müşahidəçi seçkiləri izləyir. İndiyə kimi müşahidə apardığım 9 seçki məntəqəsində heç bir qayda pozuntusu qeydə alınmayıb və biz müşahidəçilərə heç bir şikayət daxil olmayıb”.