YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Georgi Moxidze: Azərbaycanda seçki prosesi beynəlxalq hüquq normalarına uyğundur

Azərbaycanda seçki prosesi beynəlxalq hüquq normalarına və demokratik seçki standartlarına tamamilə uyğundur. Sechki-2018.az saytının xəbərinə görə, bu fikirləri Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Parlament Assambleyası yanında Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgi Moxidze deyib.

Onun qənaətincə, Azərbaycanda səsvermə prosesi sakit qaydada keçirilir: "Missiyamızın baş çəkməyə imkan tapdığı bütün seçki məntəqələrinə seçicilərin intensiv gəlişi müşahidə olunur".

G.Moxidze qeyd edib ki, Azərbaycanda seçki prosesi beynəlxalq hüquq normalarına, ATƏT və Avropa Şurasının standartları daxil olmaqla, demokratik seçki standartlarına tamamilə uyğundur.

O əlavə edib ki, səsvermə zamanı heç bir pozuntu qeydə alınmayıb və artıq görünür ki, seçici iştirakı sürətlə artacaq: "Güman edirəm ki, bu seçkilər indiyədək beynəlxalq müşahidəçi qismində iştirak etdiyim ən yaxşı seçki proseslərindən biridir".