YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sarvar Otamuratov: Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq normalara uyğundur

Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq normalara, ölkənin Seçki Məcəlləsinə uyğundur.

Bu sözləri səsvermənin gedişini izləyən Özbəkistan parlamentinin deputatı Sarvar Otamuratov bildirib.

Sarvar Otamuratov deyib: “Biz ondan çox məntəqədə olduq və seçkilərin demokratik, şəffaf şəkildə keçirilməsinin şahidi olduq. Bütün məntəqələrdə müşahidəçilər var idi. Bizim olduğumuz bir çox məntəqələrdə veb-kameralar quraşdırılıb və səsvermə prosesi onlayn izlənilir. Biz seçicilərlə ünsiyyətdə olduq və onlar hər şeydən razı olduqlarını bildirdilər. Ümid edirəm ki, seçkilər başa çatana qədər də heç bir qanun pozuntusu baş verməyəcək”.

 

DİGƏR Xəbərlər Arxiv