YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahmud Erol Kılıç: inanıram ki, Azərbaycan xalqı ən yaxşı seçimini edəcək

Bu gün getdiyim seçki məntəqələrinin hamısında səsvermə prosesi normal davam edir. Hər hansı nöqsan müşahidə olunmayıb. Ümidvarıq ki, bu seçki Novruz bayramı günlərinin ardınca Azərbaycan xalqına daha bir sevinc, rifah gətirəcək. İnanıram ki, Azərbaycan xalqı ən yaxşı seçimini edəcək.

Bu sözləri 20 saylı Nərimanov II seçki dairəsinin 16 saylı seçki məntəqəsində səsverməni müşahidə edən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi, professor Mahmud Erol Kılıç deyib.

Beynəlxalq müşahidəçi qeyd edib ki, seçkilərin təşkilində Azərbaycan texnoloji cəhətdən ən mükəmməl vasitələri tətbiq edir.