YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrlandiyalı müşahidəçi: Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilir

Təxminən 10-12 seçki məntəqəsində müşahidə aparmışıq. İndiyə qədər müşahidə apardığımız məntəqələrdə seçkilərin beynəlxalq standartlara uyğun keçdiyinin şahidi olduq. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında  İrlandiyadan olan beynəlxalq müşahidəçi Lundi Cerard Oliver bildirib.

O deyib: “Vurğulamaq istərdim ki, heç bir qayda pozuntusuna rast gəlmədim. Bütün proseslər açıq və şəffaf şəkildə keçirilir. Bunun üçün Mərkəzi Seçki Komissiyasını təbrik etmək lazımdır, çünki bu onların nailiyyətidir. Demokratik seçkilər və vətəndaşların öz istəklərini azad şəkildə ifadə etmələri çox vacib amillərdir. Müşahidə apardığım məntəqələrdə mən bunun şahidi oldum. Hər şey çox yüksək səviyyədə və beynəlxalq standartlara uyğun həyata keçirilir”.