YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Diplomatik nümayəndəliklərdə yüksək seçici fəallığı müşahidə olunub

Saat fərqinə uyğun olaraq, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış seçki məntəqəsində keçirilən səsvermə başa çatıb. Sechki-2018.az saytının xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, seçkilər səfirlikdə qeydiyyatda olan vətəndaşların yüksək seçici fəallığı ilə azad və demokratik şəraitdə keçib.

“Yerli saata uyğun olaraq Vaşinqtondakı səfirliyimizdə seçki məntəqəsi bir saatdan artıq açılıb. Təqribən saat yarımdan sonra Los-Ancelesdəki Baş Konsulluğumuzda seçki məntəqəsi açılacaq. Ümumiyyətlə, ən son bağlanan seçki məntəqəsi Los-Ancelesdəki Baş Konsulluğumuz olacaq. Diplomatik nümayəndəliklərimizdəki səsvermələrdə də yüksək seçici fəallığı müşahidə olunub. Diplomatik nümayəndəliklərimizdə yaradılmış seçki məntəqələrindəki səsvermənin nəticələri 17-ci və 16-cı Yasamal seçki dairələrinə bildirilir”, - deyə o vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv