YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maksim Kuryaçi: Seçkilər azad, şəffaf və demokratik şəraitdə keçirildi

İyirmidən çox seçki məntəqəsində apardığımız müşahidələrə əsasən deyə bilərəm ki, Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə keçirildi. Sechki-2018.az saytının məlumatına görə, bunu Azərbaycanda prezident seçkilərini izləyən Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçi müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, müşahidə missiyasını həyata keçirdikləri seçki məntəqələrində hər hansı qanun pozuntusuna rast gəlinməyib. “Seçkilər azad, şəffaf və demokratik şəraitdə keçirildi. Azərbaycanın seçki təcrübəsi, seçki komissiyalarının işi təqdirəlayiqdir. Məntəqələrdə veb-kameraların quraşdırılması, fiziki məhudidiyyəti olan seçicilərə yaradılan şərait, gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenlərinin çap olunması çox müsbət haldır. Azərbaycanda prezident seçkilərinin ölkə qanunvericiliyinə, bütün qayda-qanunlara uyğun keçirdiyini deyə bilərəm. Həmçinin seçici fəallığını da xüsusi qeyd etmək lazımdır”.