YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Craig Kelly: Azərbaycanda seçki şəffaflığının təmini üçün böyük işlər görülüb

Bakı şəhərində 6 seçki məntəqəsində müşahidə apardıq. Seçki prosesi şəffaf şəkildə həyata keçirildi, heç bir müdaxilə, qanun pozuntusu qeydə alınmadı. Sechki-2018.az saytı xəbər verir ki, bu barədə aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərini izləyən Avstraliya seçki missiyasının müşahidələrinin yekunlarına dair keçirilən mətbuat konfransında Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Craig Kelly deyib.

Craig Kelly qeyd edib ki, bütün seçicilər səsvermə hüququndan sərbəst şəkildə istifadə edə bilirdilər. “Azərbaycanda seçkinin şəffaflığının təmin olunması üçün böyük işlər görülüb. Mən müşahidələrimlə yanaşı, həm də təcrübə qazandım və düşünürəm ki, öz ölkəmdə seçki prosesinin təkmilləşməsi üçün bu təcrübədən yararlanmaq lazımdır. Misal üçün, Azərbaycanda seçicilər səs vermək üçün şəxsiyyət vəsiqələrini təqdim etməlidir. Bununla yanaşı, bir seçicinin iki dəfə səs verməsinin qarşısını almaq üçün barmağına mürəkkəb vurulur. Səsvermənin məxfiliyini qorumaq üçün seçicilər pərdə ilə bağlanmış kabinədə səs verirlər. Seçki qutularının yarımşəffaf plastikdən olması da şəffaflığın təmini üçün əsas amildir. Bu sadaladıqlarım Avstraliyada yoxdur. Mən bu təcrübənin öz ölkəmdə də tətbiqinə çalışacam”,-deyə dostluq qrupunun rəhbəri vurğulayıb.