YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maksim Kuryaçiy: Səsvermə prosesi nöqsansız və yüksək fəallıq şəraitində keçdi

Bu gün Azərbaycan üçün çox məsuliyyətli bir gün idi. Biz Ukrayna parlamentinin təmsilçiləri Azərbaycanda prezident seçkilərində səsvermə prosesini yaxından izlədik. Bu, bizim üçün çox böyük maraq kəsb edirdi. Azərbaycan Respublikası Ukrayna üçün həmişə güvəndiyimiz strateji tərəfdaş olub və olacaq. Ukrayna da Azərbaycanın etibarlı strateji əməkdaşıdır. Bu gün biz 20-dən çox seçki məntəqəsində olduq. Təkcə Bakıda deyil, həm də Azərbaycanın ucqar kəndlərində səsvermə prosesini müşahidə etdik. Seçkilər demokratik prinsiplərə uyğun keçdi.

Bu sözləri Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy seçkiləri müşahidə prosesinin yekununa həsr olunmuş mətbuat konfransında bildirib.

Maksim Kuryaçiy deyib ki, həm seçicilərlə, həm də dairə və məntəqə seçki komissiyalarının rəsmiləri, digər ölkələrin müşahidəçiləri ilə ünsiyyət qurublar. “Səsvermə prosesi uğurla başa çatdı. Biz heç bir ciddi qayda pozuntusu müşahidə etmədik. Azərbaycanda seçkilər tamamilə Seçki Məcəlləsinə uyğun keçdi. Biz bu gün Azərbaycan xalqının siyasi fəallığını müşahidə etdik. Bu o deməkdir ki, onlar özlərinin sabahlarına biganə deyillər. Həmçinin bu, bir daha sübut edir ki, Azərbaycan dövləti öz vətəndaşlarına azad səs vermək üçün yüksək şərait yaradıb”, - deyə M.Kuryaçiy əlavə edib.

Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri bildirib ki, məntəqələrdə veb-kameraların olması Azərbaycan dövlətinin şəffaf seçkilərin keçirilməsində maraqlı olduğunun göstəricisidir. Səsvermə prosesi nöqsansız və yüksək fəallıq şəraitində keçdi.