YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanlı deputat: Əminliklə deyə bilərəm ki, seçkilər demokratik və ədalətli şəkildə baş tutub

Azərbaycanda keçirilən prezident seçkilərində apardığım müşahidələr zamanı heç bir qanun pozuntusuna rast gəlmədim. Sechki-2018.az saytının məlumatına görə, bunu Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Həmid Həmid müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O, bir çox məntəqələrdə seçkiləri müşahidə etdiyini və səsvermə zamanı hər hansı qanun pozuntusu ilə qarşılaşmadığını bildirərək deyib: “Azərbaycanın seçki təcrübəsini yüksək qiymətləndirirəm. Məntəqələrdə veb-kameraların quraşdırılmasını xüsusi qeyd etmək istərdim. Tam əminliklə deyə bilərəm ki, seçkilər demokratik və ədalətli şəkildə baş tutub. Vətəndaşlar sakit şəkildə sülhə səs verdilər”.