YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdi

"Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada görə, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm". Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir".

İlham Əliyev bildirib ki, bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verib, son 15 il ərzində görülən işlərə yüksək qiymət verib: "Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirib".