YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ŞƏT-in müşahidə missiyası: Azərbaycan vətəndaşları ədalətli və azad keçirilən seçkilərdə maraqla iştirak edirdilər

Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatını açıqlayıb.

Təşkilatın üzvləri seçkilərdə əldə edilən uğurlu nəticəyə görə Azərbaycan xalqını təbrik edib. Bəyanatda bildirilir ki, seçkilər azad şəkildə keçirildi, heç bir təzyiq, qanun pozuntusu olmadı. Bütün proses qanunvericilik çərçivəsində baş verdi.

Seçki məntəqələrinin 66 faizini gəzən nümayəndələr nəticələrin ölkədə bayram ab-havası ilə qeyd olunduğunu bildiriblər. “Seçicilər fəal şəkildə məntəqələrə gəlib istədikləri namizədə səs verdilər. Hər şey yüksək səviyyədə təşkil edilmişdi. Azərbaycan vətəndaşları ədalətli və azad keçirilən seçkilərdə maraqla iştirak edirdilər. Xalqın müstəqil şəkildə öz rəhbərini seçə bilməsi imkanı çox vacibdir. Seçkilər məhz xalq üçündür. Xalq öz namizədinə səs verərək öz müqəddəratını həll edir. Azərbaycan xalqının gələcəyinin parlaq olduğunu deyə bilərik”, - deyə bəyanatda qeyd olunur.