YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baltik Assambleyasının prezidenti: Azərbaycandakı seçici fəallığı heç Avropada da müşahidə olunmur

Baltik Assambleyasının və Litva parlamentinin nümayəndə heyəti aprelin 11-də 30 məntəqədə müşahidə apardılar. Seçkilərin qanunauyğun şəkildə keçirildiyini müşahidə etdik.

Bu fikirləri Litva nümayəndə heyətinin rəhbəri, Baltik Assambleyasının prezidenti Valeri Simulik mətbuat konfransında bildirib. O qeyd edib ki, seçicilər sərbəst şəkildə seçki məntəqələrinə gələrək heç bir təzyiqlə üzləşmədən öz namizədlərinə səs verirdilər.

Seçki prosesinin tam qanunauyğun, şəffaf keçirildiyini deyən beynəlxalq müşahidəçi Azərbaycandakı seçici fəallığının heç Avropada da müşahidə olunmadığını bildirib.