YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abdalı Nuraliyev: Seçkilərin yüksək səviyyədə təşkili üçün həqiqətən də böyük iş görülmüşdü

Aprelin 11-də biz bir neçə seçki məntəqəsində olduq. Seçkilərin yüksək səviyyədə təşkili üçün həqiqətən də böyük iş görülmüşdü. Hər yerdə gözəl ab-hava var idi.

Bu fikirləri Azərbaycanda prezident seçkilərini müşahidə edən Qazaxıstan Senatının üzvü Abdalı Nuraliyev aprelin 12-də keçirdiyi mətbuat konfransında söyləyib.

A.Nuraliyev deyib: “Səsvermənin normal keçirilməsi üçün lazımi tədbirlər görülmüşdü. Məntəqələrdə səsvermə prosesi tam qanunauyğun keçirildi, heç bir pozuntu halı olmadı. Seçkilər tam şəffaf və azad şəraitdə keçdi”.