YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Seçkilərdə xalqımız həm görülən işlərə, real nəticələrə, eyni zamanda, xoşbəxt gələcəyimizə səs vermişdir

“Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim.

Azərbaycan xalqı dünən öz seçimini etdi. Azərbaycan xalqı dünən bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıbdır. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq bir ölkədir. Daxili vəziyyətimiz sabitdir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Bütün azadlıqlar təmin olunur”. Bu fikirləri Prezident İlham Əliyev aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda keçirilən konsert proqramında çıxışı zamanı səsləndirmişdir.

“Dünən keçirilmiş prezident seçkiləri bir daha onu göstərir ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, Azərbaycan demokratiya yolu ilə uğurla gedir. Açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Seçkilərdə mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha böyük güc verir. Seçkilərdə xalqımız həm görülən işlərə, real nəticələrə, eyni zamanda, bizim gələcəyimizə, xoşbəxt gələcəyimizə səs vermişdir. Əminəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək. Bundan sonra da Azərbaycan xalqı sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq” – deyə, Prezident İlham Əliyev bildirmişdir.