YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

İsveçrənin İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin rəhbəri, nazir Yohan Şnayder-Amman iyulda Azərbaycana səfər edəcək.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan-İsveçrə biznes forumunun keçirilməsi, Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı ilə tanışlıq məqsədilə həmin sənaye parklarında təqdimatların təşkili nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Azərbaycandan İsveçrəyə 1,2 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 240 milyon dollar təşkil edib ki, bu da 40 faizdən çox artım deməkdir.