YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiyanın Baş naziri Şinzo Abe Prezident İlham Əliyevi təbrik edib

Yaponiyanın Baş naziri Şinzo Abe Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Yaponiya hökuməti, eləcə də Yaponiya xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan, Qafqaz regionunun sabit inkişaf açarının sahibi olmaqla, beynəlxalq enerji təhlükəsizliyi üçün böyük rola malik ölkədir və Yaponiya üçün vacib tərəfdaşdır. Yaponiya ilə Azərbaycan bu günə qədər beynəlxalq arenada sıx əməkdaşlıq edərək, ölkələrimiz üçün əlverişli münasibətlərin qurulmasına nail olub.

Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd edilib, hökumətlərarası dialoq başda olmaqla, yüksək səviyyəli səfərlər, parlamentlərarası və regionlarda yerli özünüidarə orqanları arasındakı mübadilələr, iqtisadi sahədəki əməkdaşlıq əlaqələri yüksək zirvəyə çatıb. Fürsətdən istifadə edib, bu ilin mart ayında Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçinin Azərbaycana səfəri zamanı Zati-aliniz tərəfindən qəbul olunduğuna görə təşəkkürümü bildirirəm.

Ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da genişlənib inkişaf etməsi üçün böyük potensiala malik olduğuna əminəm. Zati-alinizlə əməkdaşlığı davam etdirərək ölkələrimiz arasındakı bu xoş münasibətləri daha da dərinləşdirmək niyyətindəyəm.

Zati-alinizə möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.