YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi: Hollandiyada yaşayan azərbaycanlı qadınlar İlham Əliyevin siyasətini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcək

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız qələbə münasibətilə “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, onun tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi adına Haaqa həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Hörmətli Prezident, inanırıq ki, Azərbaycanımızın yüksəlişi üçün gördüyünüz böyük işlər bundan sonra da davam edəcək və ölkəmiz beynəlxalq aləmdə daim inkişaf etmiş bir ölkə olaraq tanınacaqdır. Biz – Hollandiyada yaşayan azərbaycanlı qadınlar həmişə Sizin siyasətinizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”.