YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda 516 milyon manatlıq məhsul istehsal edilib

Yanvar-mart aylarında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 516,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ayı ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,7 faiz artıb. Sənaye məhsulunun 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal olunub.

Birinci rübdə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 3,5 faiz azalaraq 69,1 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır