YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Son illərdə Azərbaycanda aparılan islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin edib

Prezident İlham Əliyev aprelin 18-də keçirilmiş andiçmə mərasimində 15 il ərzində Azərbaycanın keçdiyi yola nəzər saldı və gələcək perspektivlərin “yol xəritələri”ni cızan konseptual nitq söylədi. Dövlətimizin başçısı göstərdi ki, son 15 ildə Azərbaycan güclənib, dünyada nüfuzu artıb, sosial-iqtisadi cəhətdən inkişaf etmiş qüdrətli bir dövlətə çevrilib.

Bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, ötən illərdə Azərbaycan əhalisinin sosial rifah halı xeyli yaxşılaşıb, ölkəmizdə 15 il ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb. İşsizliyin aradan qaldırılması ilə bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir. Bu, dünyada ən yaxşı göstəricilərdən biridir. Azərbaycanda regionların sosial-iqtisadi inkişaf dövlət proqramı uğurla icra olunub. Neft-qaz sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sektoru da inkişaf edib. İnfrastruktur layihələri uğurla həyata keçirilir. Azərbaycana çox böyük investisiyalar yatırılıb. Ölkəmiz dünya miqyasında inkişaf etmiş nüfuzlu dövlətlərdən birinə çevrilib. Xüsusilə son illərdə aparılan islahatlar və qeyri-neft sektorunun inkişafına dair görülən işlər Azərbaycanın hərtərəfli inkişafını təmin edib. Aqrar sektor, turizm, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sektoru Azərbaycanda gəlirli sahələrə çevrilib. Azərbaycan dünyanın kosmos dövlətlərindən biridir.