YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktoru Malkolm Honlayn Prezident İlham Əliyevi təbrik edib

Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktoru Malkolm Honlayn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Seçkilərin nəticəsi ölkə vətəndaşları tərəfindən Sizin rəhbərliyinizə və nailiyyətlərinizə verilən qiymətin təcəssümüdür. Məsuliyyətli və səriştəli dövlət başçılarına xüsusilə bu gün, dünyanın üzləşdiyi böyük çətinliklər dövründə hədsiz ehtiyac var.

Zati-aliləri, Sizinlə Bakıda və Nyu-Yorkda keçirilmiş görüşlərimizi böyük məmnuniyyət hissi ilə xatırlayırıq və Sizinlə, hökumətinizin nümayəndələri və Azərbaycan xalqı ilə aramızda yaranmış sıx əməkdaşlığı yüksək qiymətləndiririk.

Bildiyiniz kimi, bizim Sizinlə və ölkənizlə xüsusi münasibətlərimiz var və bir çox mühüm məsələlərdə Sizinlə əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindəyik.

Sizinlə ən qısa zamanda görüşməyə ümidvarıq və mövcud qarşılıqlı faydalı əməkdaşlığımızı genişləndirməyi davam etdirmək istəyirik”.