YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Koreya Respublikasının Prezidenti Mun Ce-in Prezident İlham Əliyevə təbrik ünvanladı

Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından ürəkdən təbrik edirəm. Yüksək səviyyəli liderliyinizin Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəyinə inanıram.

1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulduqdan sonra müxtəlif sahələrdə dostluq və əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Ümid edirik ki, qarşılıqlı faydalı və işgüzar əməkdaşlığımızı Zati-alinizlə birlikdə gələcəkdə də genişləndirəcəyik.

Sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə isə davamlı inkişaf arzulayıram”.