YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərakeşin Kralı Əlahəzrət VI Məhəmməd Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Mərakeşin Kralı Əlahəzrət VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Ali dövləti vəzifənizdə uğurlarınızın davamlı olmasını, qardaş Azərbaycan xalqının maraqları naminə və ölkənizi bundan sonra da tərəqqiyə doğru aparmaq fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan xalqı Sizə yenidən etimad göstərərək Zati-alinizin müdrik dövlət xadimi kimi keyfiyyətlərini, eləcə də Azərbaycanın hərtərəfli və davamlı inkişafı istiqamətində apardığınız əzmkar və yorulmaz fəaliyyətinizi çox yüksək qiymətləndirdiyini nümayiş etdirdi.

Ölkələrimiz arasında səmərəli və dinamik inkişaf edən əməkdaşlıq münasibətlərinin indiki səviyyəsindən məmnunluq duyuram.

Zati-aliləri, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı möhkəmləndirmək istiqamətində Sizinlə işləməyə davam etmək istərdim. Bu isə xalqlarımızın maraqlarına xidmət etməyin və onların arasındakı qardaşlıq əlaqələrinin təcəssümüdür”.