YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rob Sobhani: Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək

Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək.

Bunu “Caspian Group Holdings” Rob Sobhani deyib.

O bildirib ki, Azərbaycanı parlaq gələcək gözləyir:

“Prezident İlham Əliyevin təkrar seçilməsi Azərbaycanda siyasi və iqtisadi sabitliyi təmin edəcək. Bu isə öz növbəsində onu ifadə edir ki, ölkə birbaşa xarici investisiyalar üçün cəlbedici olmaqda davam edəcək. Bundan başqa, Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək”.

O, əmin olduğunu bildirib ki, ölkə hökuməti diqqəti Azərbaycanın qeyri-neft sektorunun, kənd təsərrüfatı, turizm və kiçik biznes kimi sahələrin inkişafına ayıracaq:

“İqtisadiyyat artdıqca Azərbaycanda işsizlik və yoxsulluq səviyyəsi daha da azalacaq”.

Azərbaycanın dünya iqtisadiyyatında roluna gəldikdə isə R.Sobhani vurğulayıb ki, enerji ehtiyatlarının istehlakçıları enerji təhlükəsizliyi üzrə sabit və etibarlı tərəfdaşa arxalana bilər.

O əlavə edib ki, beynəlxalq arenada güclü və tək səslə çıxış etmək hər bir ölkə üçün vacibdir və Prezident İlham Əliyevin təkrar seçilməsi qlobal məsələlərin həllində bu səsi Azərbaycana verdi.