YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hindistan Prezidenti Ram Nat Kovind Prezident İlham Əliyevə təbrik ünvanladı

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Hindistan xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən məmnunluq duyuram.

Hindistan və Azərbaycan arasındakı dostluq münasibətləri sıx tarixi əlaqələrə və bir çox sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığa əsaslanır. Əminəm ki, birgə səylərimiz ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək və ümumi maraq doğuran sahələrdə qarşılıqlı əməkdaşlığı genişləndirəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzu edirəm”.